Yasamalda yük avtomobilində yanğın olub, sıxlıq yaranıb

28
Avq
2024
15:56

Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

"Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür", - deyə məlumatda qeyd edilib.