Qəbələdə 16 yaşlı oğlan 41 yaşlı kişini bıçaqladı

28
Avq
2024
14:28

Qəbələdə 28 avqust gecə saat 03 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azreform.info -a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.