Yankoviçlə Veşoviçin durumu necədir?

28
Avq
2024
02:28

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadakı zədəli oyunçuların durumu haqda danışıb.

Azreform.info QOL.az-a istinadla xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Dinamo" (Xorvatiya) ilə keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında bildirib ki, müdafiəçi Marko Veşoviçin oynaması mümkündür:

"Marko Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməlidir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".

Xatırladaq ki, hər iki monteneqrolu oyunçu "Dinamo" ilə səfər matçında zədələnmişdi.