Bakıda avtomobil 8 yaşlı uşağı vurub

22
Avq
2024
00:49

Bakının Xətai rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 2016-cı il təvəllüdlü F.İsalı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.