Ağdamda 34 yaşlı polis əməkdaşı qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin polis serjantı 1990-cı il təvəllüdlü Niftəliyev Tural Fazil oğlu ürəktutmadan dünyasını dəyişib.
Hadisə ötən gün axşam xidmətdən kənar vaxtda, T.Niftəliyev evdə olarkən baş verib.
O bu gün dəfn edilib.