Nazirliyin əməkdaşı iş vaxtı ölüb

21
Avq
2024
12:07

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.

"Report" xəbər verir ki, hadisə nazirliyinin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.

Həmin mərkəzdə çalışan, 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən ölüb.

İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.