"Saray qəsəbəsində qarşı yola keçərək təhlükəli vəziyyət yaradan sürücü axtarılır".
Azreform.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Videogörüntüdən xəbərdarıq. Sürücünün müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfimizdən tədbirlər görülür", - deyə idarə rəsmisi bildirib.
Abşeron rayonu, Saray qəsəbəsində qarşı yola keçən sürücü təhlükəli vəziyyət yaradıb.
Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.