Bakıda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Azreform.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.