Kreml Polşaya barmaq silkələdi: Cavab sərt olacaq

19
Avq
2024
15:56

Polşa Ukrayna üzərində Rusiya raketlərini tutmağa çalışacağı təqdirdə Kreml konkret və adekvat cavab verəcək. 

Azreform.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin Polşa XİN rəhbəri Radoslav Sikorskinin Varşavanın Rusiya raketlərini vurulması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Əgər rəsmi Varşava avantürizmə uyub Ukrayna ərazisində Rusiyaya gələn hərbi təhdidləri zərərsizləşdirmək üçün silahlı qüvvələrimiz tərəfindən qanuni istifadə edilən uzaqmənzilli silahları dayandırmağa cəhd etsə, onda onların cavabı adekvat və kifayət qədər konkret olacaq”, - diplomat bildirib.

Mürtəza
Azreform.info