Qaçırılan tələbələrə görə fidyə tələb etdilər

19
Avq
2024
13:42

Nigeriyada qaçırılan 20 tələbəyə görə fidyə istənilir.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Jos Universitetinin Sağlamlıq Elmləri Fakültəsi Tələbə Birliyinin (SUG) sözçüsü Adeniran Adebanjo məlumat yayıb.

O bildirib ki, Benue əyalətində silahlı şəxslər tərəfindən qaçırılan tələbələrin buraxılması üçün 50 milyon naira (təx. 54 min AZN)  tələb olunur.

Yerli polis qaçırılan şəxslərin xilas edilməsi üçün səylərin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, 15 apreldə Nigeriyanın Benue əyalətindən Enuqu əyalətinə gedən tibb tələbələrinin olduğu avtobus Otukpo rayonunda hücuma məruz qalıb və 20 nəfər qaçırılıb.

Nigeriyada adam qaçırmağın cəzası edam olsa da, silahlı şəxslər tez-tez bu yola əl atır.

Billurə