Maskalı kişi futbol meydançasında 11 yaşlı uşağı öldürdü

18
Avq
2024
23:49

Bu gün səhər İspaniyanın Mosexon şəhərində maskalı kişi qəfil uşaqların oynadığı fotbol meydançasına daxil olub.

Lent.az-ın xəbərinə görə, bu barədə İtaliyanın RTVE Dövlət Telekanalı məlumat yayıb.

Maskalı naməlum şəxs meydançada 11 yaşlı uşağa bir neçə bıçaq zərbəsi endirib, daha sonra qaçıb. Təcili yardım briqadası hadisə yerinə gələndə artıq uşağın həyatını itirdiyi məlum olub.

Hadisənin motivi hələ məlum deyil.