Bu məktəbin şagirdləri əsassız çıxarılıb? - Video

18
Avq
2024
11:49

Binə qəsəbəsində bir qrup valideyn övladlarının heç bir xəbərdarlıq edilmədən 9-cu sinfindən uzaqlaşdırıldığını iddia edirlər.

Azreform.info " xəbər verir ki, Xəzər rayonundakı 292 saylı orta ümumtəhsil məktəbinin bir neçə valideyni iddia edir ki, onların övladları buraxılış imtahanını uğurla versələr də, övladları direktor tərəfindən məktəbdən xaric ediliblər.

 

Məsələ ilə bağlı 292 saylı məktəbdən bildirilib ki, iddia həqiqətəuyğun deyil:

“15 avqust saat 15:00-dan etibarən ümumi təhsil müəsissələrinin X siniflərinə elektron sistem vasitəsilə qeydiyyat prosesinə başlanılıb. Bu günə qədər valideynlərin elektron müraciəti əsasında məktəbin IX siniflərini bitirmiş şagirdlərin 100 nəfərdən çoxunun elektron qeydiyyatı aparılıb.

Qeyd olunan valideynlər16 avqustda məktəbə müraciət edib. Onlara qaydalara uyğun olaraq elektron sistem vasitəsilə övladlarını qeydiyyatdan keçirməsi tövsiyə olunub.

Ətraflı “Xəzər Xəbərin” videomaterialında: