HƏMAS-ın iki yüksək vəzifəli fəalı öldürülüb

18
Avq
2024
10:00

İsrail Ordusuna məxsus PUA İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində HƏMAS hərəkatının iki yüksək vəzifəli fəalını daşıyan avtomobili vurub.

Azreform.info xəbər verir ki, bu barədə İsrail Ordunun mətbuat xidməti məlumat yayıb.Mətbuat xidməti qeyd edib ki, onlar 2024-cü il avqustun 11-də İordan çayının qərb sahilində silahlı hücum zamanı bir israillinin öldürülməsində iştirak ediblər.