Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azreform.info "Report"a istinadla xəbər verir ki, Bakı-Qazax magistralyolunun rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində 1965-ci il təvəllüdlü S.Mirsəddinova, 2000-ci il təvəllüdlü K.Məmmədova, 1980-ci il təvəllüdlü S.Yaqubova və 2006-cı il təvəllüdlü A.Cəfərov həmçinin sürücü xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.