Ağdamda 44 nəfərlik iş yeri üçün 4 milyon ayrıldı

16
Avq
2024
23:07

Ağdamda fəaliyyət göstərəcək şirkədə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Azreform.info az İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, şirkət tərəfindən sənaye parkının 1 hektar ərazisində led lampaların istehsalı müəssisəsi inşa ediləcək.

Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında 3 növdə led lampalar istehsal olunacaq.

İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.