Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.
Azreform.info "Report"a istinadla xəbər verir ki, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.
İddialara görə, T.Əliyeva rayonda sələmçi kimi tanınır.