12 mindən çox şagirdin yerdəyişməsi edilib

15
Avq
2024
17:35

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 12 185 sorğu şagirdlərin yerdəyişməsi elektron xidməti vasitəsilə tamamlanıb.

Azreform.info xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagird yerdəyişməsinə avqustun 8-dən start verilib. 10-cu siniflər üçün isə şagird yerdəyişməsi isə 15 avqust saat 15:00-dan aktivləşdirilib.