Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

15
Avq
2024
15:35

Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində avtomobilin vurduğu piyada xəstəxanada ölüb

"Report"un yerli bürosu xəbər verir ki, yolu keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub.

Yaralı xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.