Azərbaycanda delinatorların istehsalına başlanılıb

14
Avq
2024
20:07

Azərbaycan zavodunda ilk dəfə delinatorların istehsalına başlanılıb.

Azreform.info xəbər verir ki, ilkin mərhələdə sözügedən məhsul 75x8 santimetr, növbəti mərhələdə isə 45x8 santimetr ölçüdə istehsal olunacaq. Cari ilin sonunadək 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.