SOCAR bu ölkəyə qaz təchizatına başladı

1
Avq
2024
19:28

Bu ilin avqustun 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.

Azreform.info SOCAR-a istinadla xəbər verir ki, qaz təchizatı cari ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.