Tramp: Paris Olimpiadasındakı tamaşa rüsvayçılıqdır

30
İyl
2024
18:00

Paris Olimpiadasının açılış mərasimində Leonardo da Vinçinin "Gizli şam yeməyi"ni parodiya edən tamaşa rüsvayçılıqdan başqa bir şey deyildi. 

Azreform.info xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizəd Donald Tramp "Fox News"ə  müsahibəsində deyib. 

“Demək istəyirəm ki, mərasim təşkilatçıları müxtəlif şeyləri edə bilər. Mənim öz baxışım var, lakin onların etdikləri biabırçılıq idi”, - Tramp deyib.

Həmçinin vurğulayıb ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında "Gizli şam yeməyi"  parodiyalarına ehtiyac qalmayacaq.

Mürtəza
Azreform.info