Dilənçinin bir gündə yığdığı pul hər kəsi heyrətə gətirdi - FOTO

30
İyl
2024
14:07

Türkiyədə yaşlı dilənçinin üstündən çıxan pul görənləri xeyli təəccübləndirib.

Azreform.info İHA-ya istinadla xəbər verir ki, Türkiyənin Elazığ şəhərində polis  qrupları dilənçilərə qarşı əməliyyat keçirib.

Aparılan araşdırmalar çərçivəsində xüsusilə məscid qarşısında və insanların tez-tez istifadə etdiyi ərazilərə üstünlük verən dilənçilər bir-bir yaxalanıb.

Polis məntəqəsinə gətirilən dilənçilər üzərində axtarış aparılıb. Axtarışlar zamanı yalnız bir dilənçinin üzərindən 10 min 780 lirə (təxminən 554 AZN) tapılıb. Onun bu məbləği yalnız bir gündə  topladığı üzə çıxıb.

“Vətəndaşlarımıza demək istəyirik ki, siz onların xalqımızın dini hisslərini istismar etməklə gündəlik qazancını görürsünüz. O, bir gündə 10 min 780 lirə qazanıb. Vətəndaşlarımızdan xahiş edirik ki, belə insanlara kömək etməsinlər. Ehtiyacı olanlara kömək etsinlər. Minimum əməkhaqqı ilə işləyən vətəndaş bir ayda qazandığı qədər pulu bu vətəndaşlar bir gündə qazanırlar” – polisin açıqlamasında deyilir.

Billurə Yunus