Su bəndi dağıldı - ölən və itkin düşənlər var - VİDEO

29
İyl
2024
15:07

Rusiyanın Kareliya Respublikasında Ağ dəniz-Baltik kanalında (Belomorkanal) yenidənqurma işləri zamanı bənd dağılıb.

Azreform.info "Rbc"yə istinadən xəbər verir ki, bəndin dağılması nəticəsində 6 nəfər itkin düşüb, 3 nəfər artıq tapılıb, 9 nəfər yaralanıb. Tapılanlar arasında ölənlər də var. İki nəfərin isə axtarışı davam etdirilir.

Su bəndinin dağılması, kanalda suyun səviyyəsinin artmasına və yaşayış məntəqələrinə ciddi təhlükə yaradıb. Artıq suyun keçdiyi ərazilərdə bir sıra fərdi yaşayış evləri uçub.

Mürtəza
Azreform.info