Yastığınızda unitazın qapağından daha çox bakteriya ola biləcəyinii bilirdinizmi?
Azreform.info “Haber7”yə istinadla xəbər verir ki, bu barədə türkiyəli səhiyyə mütəxəssisləri danışıb. Bildirilib ki, ev şəraitində insanların şəxsi istifadəsidəki əşyaların bakteriya toplama ehtimalı yüksəkdir. Qeyd olunur ki, hər gün təmizlik işləri görülsə belə, gizli təhlükələr mövcuddur:
“İstədiyiniz qədər təmizləsəniz belə, evinizdəki bəzi əşyaları vaxtlı-vaxtında dəyişdirməsəniz və istifadə etməyə davam etsəniz, mikrob və bakteriyalar sizinlə yaşamağa davam edəcək.
Xüsusilə yastığınızın üzündə ölü hüceyrələr, yağ, ətraf mühitə bağlı çirklilik, tər bakteriyaların daha da çoxalması üçün uyğun zəmin yaradır. Belə ki, yastıq üzünüzdə tualet qapağından daha çox bakteriya ola bilər.
Diş fırçaları da yastıq kimi bakteriya, göbələk və mikrobların asanlıqla çoxaldığı yerlərdən biridir”,- deyə o söyləyib.
Həkimlər həmçinin əlavə edib ki, isti havalar bakteriyaları tətikləyə bilər və xüsusilə yay aylarında şəxsi istifadədə olan əşyaların gigiyenasına diqqət yetirilməlidir.
Billurə Yunus