İsrail generalı: Bu ölkəyə sarsıdıcı zərbə endiriləcək

25
İyl
2024
20:28

İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.

Azreform.info xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub:

“Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür. Bizə tanış olan düşmənə sarsıdıcı və maksimum ölümcül zərbə vurulacaq. Sürprizlər olacaq”.