Rusiya Xarkovda 100-ə yaxın əcnəbi döyüşçünü İskəndər-M ballistik raketi ilə zərərsizləşdirib.
Azreform.info xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat və video paylaşıb.
Rusiya ordusu İsgəndər-M ballistik raket ilə Ukraynanın Xarkov şəhərinin sənaye ərazisində əcnəbi muzdlu döyüşçülərin yerləşdiyi “Scorpion” adlı tikinti şirkətinin binasına zərbə endirib.
"Hücum nəticəsində 40-ı əcnəbi təlimatçı da daxil olmaqla, təxminən 100 əcnəbi muzdlu və Ukrayna Silahlı Qüvvələrinin 151-ci Mexanikləşdirilmiş Briqadasının təxminən 60 əsgəri öldürülüb", - nazirliyin məlumatında deyilir.
Rusiya Müdafiə Nazirliyi iyulun 23-də Ukraynanın Xarkov vilayətində Qərb ölkələrindən olan 50-yə yaxın hərbi təlimatçının İsgəndər-M ballistik raketi ilə vurularaq zərərsizləşdirildiyini bildirib.
Mürtəza
Azreform.info