Günəşdən qoruyan qidalar - SİYAHI

25
İyl
2024
03:35

Günəşə çox məruz qaldığımız isti yay günlərində həm dərini günəş işığından qorumaq, həm də bu şüalardan kifayət qədər faydalanmaq çox vacibdir.

Qidalanmanıza fikir verərək hər ikisini edə bilərsiniz.
Medicina.az xəbər verir ki, dietoloq Sibel Mumcu günəşdən qaçmaq əvəzinə özümüzü günəşdən qorumağın və günəş işığından kifayət qədər D vitamini almağın asan üsulundan danışıb.

“Pəhrizinizə diqqət etməklə dərini günəşin zərərli təsirlərindən qorumağınız mümkündür”, - deyə dietoloq bildirib.

O, yay aylarında menyuya dərini qoruyan bu 6 qida qrupunu daxil etməyi məsləhət görüb:

KAROTENOİDLƏR:

Xüsusilə beta karotin çox təsirlidir. Yerkökü, ərik, pomidor, bibər, qovun, ispanaq, cəfəri, üzüm yarpaqları və şüyüd kimi məhsullarda beta-karotin var.

LİKOPENLER:

Pomidorda, qarpızda, çiyələkdə və qreypfrutda bol miqdardadır.

ANTİOKSİDANTLAR:

Brokoli, reyhan, rozmarin, adaçayı və cəfəri kimi təzə otlar sərbəst radikallarla mübarizə aparan və dərini qoruyan antioksidanlarla zəngindir.

OMEGA-3:

Pəhrizə qızılbalıq, qoz, kətan toxumu, zeytun yağı və tünd yaşıl tərəvəzlər əlavə edilməlidir.

E VİTAMİNİ:

Bitki yağlarının əksəriyyəti qoz, fındıq, ət, balıq, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, qulançar, alma, yumurta və taxıllar E vitamini ilə zəngindir.

C VİTAMİNİ:

Çiyələk, kivi, sitrus meyvələri, bibərlər, tünd yaşıl yarpaqlı tərəvəzlər, brokoli, pomidor, noxud və cəfəri yeyilməlidir.

SU:

Gündə 2-2,5 litr suya ehtiyacımız var.