Kollagen çatışmazlığı zamanı nə etməli?

23
İyl
2024
05:35

Tanınmış həkim kollagen çatışmazlığının necə kompensasiya edilə biləcəyini açıqlayıb.

Medicina.az xəbər verir ki, Jelena Manovska bədəndə kollagen səviyyəsini qoruyub saxlamaq üçün gündəlik olaraq yüksək zülallı qidalara üstünlük verməyi tövsiyə edib.

Həkim bəzi qidaların "gənclik zülalı" adlandırıldığını xatırladıb.
“Belə qidalara qırmızı ət, toyuq əti, balıq başda olmaqla, dəniz məhsulları, həmçinin jelatin, sümük suyu və yumurta ağı daxildir. Bundan əlavə, yüksək zülallı içkiləri də qəlyanaltı əvəzi istifadə edə bilərsiniz”, - deyə həkim qeyd edib.

Mütəxəssis əlavə edib ki, bəzi hallarda həkim resepti ilə müxtəlif kollegen əlavələri qəbul etmək də fayda verə bilər.

"Bu cür əlavələrdə bir qayda olaraq, heyvan, dəniz məhsulları və ya bitki mənşəli xammaldan istifadə edirlər.

Müxtəlif formatlarda təqdim olunan bu vasitələrdən hansını seçməli olduğunuza həkim qərar verməlidir”, - deyə mütəxəssis vurğulayıb.