"Sağlam ailə modelinin təbliği” layihəsi çərçivəsində Şirvanda dəyirmi masa keçirilib - FOTO

15
İyl
2024
13:47

 

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Sağlam ailə modelinin təbliği" layihəsi çərçivəsində növbəti tədbirini Şirvan şəhərində keçirib.

Gənclər Evində təşkil olunan dəyirmi masada "Sağlam ailənin qurulmasında valideynin rolu" mövzusunda müzakirələr aparılıb.

Tədbirdə layihənin rəhbəri İlham Əliyev, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Şirvan şəhər Gənclər evinin əməkdaşı Cəvahir Nuriyeva, həmçinin şəhər ictiamiyyətinin fəalları- İlahə Hacıyeva, Xuraman İsmayılova, Aynur Məmmədzadə, Billurə Əliyeva, Kamilə Həsənova və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbiri açan layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından və sağlam ailə modelinin qurulmasında cəmiyyətini fəallığının artırılmasından danışıb. İlham Əliyev bildirib ki, ailələrdə uşaqlarla valideynlər arasında səmimi, mehriban münasibətlər qurulmalı və yaşayışda və fəaliyyət də bir-birinə dəstək olmalıdırlar. O qeyd edib ki, sağlam ailə qarşılıqlı hörmət və düzgün münasibətlər zəminində mövcud olur.

Sosioloq Elçin Bayramlı gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb. Ekspert qeyd edib ki, qloballaşma dövründə milli-mənəvi dəyərlər böyük təzyiqə məruz qalır və bu da mənfi nəticələrə səbəb olur, bu səbəbdən də biz öz dəyərlərimizi qorumalı və yaşatmalıyıq. O sağlam ailənin yalnız mənəvi dəyərlər üzərində qurularkən mövcud ola biləcəyini qeyd edərək gəncləri bu məsələdə diqqətli olmağa çağırıb.

Digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bildirib, Azərbaycan ailə institunun qorunub saxlanması üçün hər kəsin əlindən gələni etməli olduqlarını bildiriblər.

Sonda ictimaiyyəti və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.