“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi  - SİYAHI

14
Dek
2023
11:28

“Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Azreform.info ” xəbər verir ki, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.

Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan “Qarabağ” İsveçin “Hakken” klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.

Potensial rəqiblər sırasında Türkiyə çempionu “Qalatasaray” da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi “Milan”la da qarşılaşa bilər.

“Qarabağ” Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.