Polis rəisi və rəis müavini həbs edildi - Ermənistanda

14
Dek
2023
10:49

Gorus şəhər polis idarəsinin rəisi Muşeq Gevorkyanı və Qafan şəhər polis idarəsinin rəis müavinini Vaqarşak Ginosyan saxlanılıb.

Azreform.info xəbər verir ki, saxlanılan rəis və rəis müavini dindirilmək üçün İrəvana aparılıb.

Yüksəkrütbəli polis məmurları Zəngəzurda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi  tərəfindən həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanılıblar. 

Mürtəza
Azreform.info