"Turan Tovuz"da yeni müqavilə

30
İyn
2024
22:56

"Turan Tovuz" Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

Azreform.info xəbər verir ki, bu barədə klub özü məlumat yayıb.

Bildirilib ki, son iki mövsümü bölgə təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Turan Tovuz"un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.