Premyer Liqa: "Sumqayıt" bu gün "Kəpəz"in qonağı olacaq

14
Dek
2023
09:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Azreform.info xəbər verir ki, günün yeganə matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gələcək.

Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 15:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, Gəncə klubu 13 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
XVII tur
15:30: "Kəpəz" - "Sumqayıt"

Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.