Çempionlar Liqası: Əliyar Ağayevin oyununda 5 qol - VİDEO

14
Dek
2023
01:14

Çempionlar Liqasının azərbaycanlı futbol həvəskarları üçün maraqlı olan qarşılaşması serblər ingilislər arasında baş tutub.

Azreform.info xəbər verir ki, “Srvena Zvezda” – “Mançester Siti” matçının hakimlər briqadası həmyerlilərimiz olub. Baş hakimi Əliyar Ağayevin idarə etdiyi oyun məhsuldar keçib.

Belə ki, Serbiyadakı qarşılaşma ingilislərin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qonaqların qələbə qollarından biri Əliyar Ağayevin meydan sahiblərinin qapısına təyin etdiyi penalti zərbəsindən sonra qeydə alınıb.

“Srvena Zvezda” – “Mançester Siti” 2:3

Qollar: M.Hamilton (19-cu dəqiqə), O.Bobb (62-ci dəqiqə), İ.Hvanq (76-cı dəqiqə), K.Filips (85-ci dəqiqə), A.Katainin (90+1-ci dəqiqə).

G qrupunda “Mançester Siti” və 12 xala sahib “Leypziq” növbəti mərhələyə yüksəliblər.