Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev uşaq ikən astronavt olmaq istədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “Rusiyanın gələcəyi” müzakirə platformasında danışıb.
“Hər kəs kosmos haqqında xəyal edir. Mən bu barədə düşündüm, amma başa düşdüm ki, kosmonavt olmaq çox çətindir. Çünki bu, çox çətin bir işdir, böyük seçim prosesindən keçməli, lazımi biliklərə yiyələnməli və fiziki cəhətdən hazır olmalısan”, - Medvedev deyib.
Qeyd edək ki, Medvedev 2008-2012-ci illərdə Rusiya Prezidenti olub. Bundan sonra o, 2020-ci ilin yanvarına kimi ölkənin Baş naziri vəzifəsini icra edib.