Baş nazirlər qapı arxasında qaldı - VİDEO

13
Dek
2023
20:14

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Dauninq-stritdəki iqamətgahının qapısını aça bilməyib. 

“Qafqazinfo” xəbər verir ki, siyasətçinin videosunu “The Telegraph” nəşr edib. 

Sunak Niderland Baş naziri Mark Rutte ilə görüşü zamanı içəri girmək istəsə də, qapı bağlı olub. Baş nazirlər təhlükəsizlik işçiləri qapını açana qədər çaşqınlıq içində binaya girmək üçün bir yol tapmağa çalışıblar.

İngiltərə Baş nazirinin ofisi təhlükəsizlik baxımından qapını içəridən bağladıqlarını açıqlayıb.