Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan

15
İyn
2024
23:14

Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram.

Azreform.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”, – deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.(axar.az)