Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi məlumat verib.
O bildirib ki, İdarə Heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-da keçirilməsini qərara alıb.
Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydançaya daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli futbol federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.