Ukrayna şübhəsiz ki, NATO-ya daxil olacaq, lakin onun daxil olması məsələsinə Rusiya ilə hərbi əməliyyatlarda qalib gəldikdən sonra baxılacaq.
Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.
Baydenin sözlərinə görə, Ukraynanın alyansa inteqrasiyası ilə bağlı söhbət indi aktual deyil, çünki bütün diqqət münaqişənin özünə yönəlməlidir.
“Şübhəsiz ki, NATO Ukraynanın gələcəyində olacaq. Amma Vilnüsdə bayaq dediyimiz kimi, bütün müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə Ukrayna NATO-ya üzv olacaq. İndi biz Ukraynanın müharibədə qalib gələcəyinə əmin olmalıyıq”, - Amerika prezidenti deyib.
Mürtəza
Azreform.info