Blinkenin müavini Ermənistana gəlir

14
İyn
2024
02:28

ABŞ dövlət katibinin müavini Riçard Verma 17 iyun tarixində Ermənistanın paytaxtı İrəvana səfər edəcək.

Azreform.info xəbər verir ki, diplomatın Ermənistan səfəri bundan əvvəl gələn Ceyms O’Brayen kimi üç gün davam edəcək.

Səfirliyin mətbuat xidməti xəbər verir ki, Verma, “yerli özünüidarəetmə sistemində demokratiya məsələləri”nə həsr olunmuş erməni-amerikan forumunda iştirak edəcək.

Nümayəndə heyətinə Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan nümayəndələrin daxil olacağı bildirilir.