Avropalı deputatlar "ukraynalı qaçqınları göndərin" deyir - Sərt bəyanatlar

13
Dek
2023
16:56

Bundestaqın deputatı Kizevetter ukraynalı qaçqınları vətənlərinə qayıtmaq barədə çağırış edib.

Azreform.info “regnum”a istinadən xəbər verir ki, Almaniyada ukraynalı qaçqınlarla bağlı narazılıq artır.  

Bundestaqın Xristian Demokrat İttifaqından (CDU) deputatı Aleksandr Dobrindt hesab edir ki, qaçqınlar işləməli və müavinətlər azaldılmalıdır.

CDU-nun deputatı Roderiç Kizevetter qaçqınların vətənlərinə qaytarılmasını təklifi ilə çıxış edərək bildirib ki, qaçqınlar Ukraynaya dönsünlər və oradan onlar cəbhəyə göndərilə bilsinlər. Onun sözlərinə görə, 600 mindən çox ukraynalı Aİ-də, 220 min isə Almaniyada hərbi xidmətdən yayınır. 

“Bu on tam hərbi korpus deməkdir”, - o vurğulayıb. 

Almaniyanın müxalif Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Merz hesab edir ki, ukraynalı qaçqınlar müavinət gözləmək yox, öz zəhməti ilə çörək qazanmağa məcbur edilməlidir. 

Bavariyanın baş naziri və müxalif Xristian Sosial Birlik (CSU) partiyasının sədri Markus Söder əmindir ki, Almaniya hökuməti ölkəyə yeni gələn ukraynalılara müavinət ödəməyi dayandıracaq. 

Almaniya kansleri Olaf Şolts isə ukraynalı qaçqınlara daha vəsait ayrılmasının tərəfdarıdır. 

Mürtəza
Azreform.info