Azərbaycan XİN Küveytə başsağlığı verib

12
İyn
2024
19:42

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

Azreform.info xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - paylaşımda deyilir.