İlham Əliyev Türkiyəyə getdi

10
İyn
2024
14:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib.

Azreform.info  xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.