İraqın şimalında Türkiyə hərbi qulluqçusu terrorçuların hücumu nəticəsində şəhid olub.
“Azreform.info ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda qəhrəman silahdaşımız leytenant Eril Alperen Emir şəhid olub”, - nazirliyin açıqlamasında nəql edilib.