Futbolçu ildırım vurması nəticəsində ölüb

12
Dek
2023
20:42

Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.

Azreform.info  xəbər verir ki, bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb.

Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb.

Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.