Lənkəranda səhər saatlarında doğulan körpə ölüb

4
İyn
2024
15:07

Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Perinatal Mərkəzdə qeydə alınıb.

Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb. Sonra uşağın ürək döyüntüləri yoxlanılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı uşaq ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.