Evdə 47 yaşlı qadının çürümüş meyiti tapıldı

4
İyn
2024
13:35

Bakıda evdə çürüməyə məruz qalmış meyit tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 3-ü saat 01 radələrində Sabunçu qəsəbəsi E.Mehtiyev küçəsindəki evdə qeydə alınıb.

1977-ci il təvəllüdlü Nəzrin Ağayevanın çürüməyə məruz qalmış meyiti aşkar edildikdən sonra aidiyyəti qurumlara məlumat verilib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.