Dekabrın 12-də RF Dövlət Duması 38 dost olmayan ölkə ilə beynəlxalq vergi müqavilələrinin bəzi müddəalarını dayandıran qanun qəbul edib.
Azreform.info xəbər verir ki, qəbul edilmiş qərarda deyilir:
“Xarici dövlətlər Rusiya Federasiyasının qanuni iqtisadi və digər mənafelərini, vətəndaşlarının və hüquqi şəxslərin hüquqlarının pozulmasını aradan qaldırana qədər Rusiya Federasiyası beynəlxalq müqavilələrin müddəaların icrasını dayandırır”.
Qərar digər sazişlərlə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, İsveç, Litva və Yaponiya ilə bir sıra müqavilələrə aiddir.
Mürtəza
Azreform.info