Argentinada dollardan istifadə məhdudlaşdırılacaq

12
Dek
2023
19:00

Argentina Mərkəzi Bankı rəsmi məzənnə ilə dollara çıxışı məhdudlaşdırmaq qərarına gəlib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu qərar yeni lider Xavyer Maylinin administrasiyası inflyasiyanın aradan qaldırılmasına yönəlmiş "şok terapiya" proqramının ilk tədbirlərini elan edənə qədər davam edəcək.

Bank bildirib ki, pesonun həddindən artıq dəyərləndiyi ölkənin rəsmi valyuta bazarı Mayli komandasına inzibati prosedurlara riayət etmək, öz siyasətini həyata keçirmək və vaxt vermək üçün məhdud əməliyyatlarla fəaliyyət göstərəcək.

Lakin bu açıqlamadan sonra investorlar yaxın bir neçə gün ərzində valyutanın böyük devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar. 

Günay