Bugünkü Ermənistan özü üçün ümidsiz, dağılan Ermənistandır və bu da mövcud hakimiyyətin yaratdığı bir mühitdir.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr qrupunun üzvü Vahe Ohanesyan məqaləsində yazıb:
“Nikol özü üçün iqtidar, özü üçün parlament, özü üçün müxalifətdir və sairə…
Bütün bunlar arasında uçurum o qədər böyükdür ki, artıq tək bir dövlətdən söhbət gedə bilməz. Dövlətimiz semantik və funksional birliyini itirib.
Bugünkü “Ermənistan özü üçün” ümidsiz, dağılan Ermənistandır.
Nikol hökuməti ilə titul müxalifəti arasında bugünkü münasibət qeyri-sağlam birgəyaşayış formasını təmsil edir. Şərti desək, çavuşdan tutmuş generala qədər Nikola suallar verəndə həmin şəxsləri konstruktivlik adı altında hansısa komissiyaya üzv seçməklə geniş ictimaiyyətin gözündə normallıq illüziyası yaradır. Amma bizdə normal bir şey yoxdur. İndiki həyatımız böyük bir anormallıqdır”.
Mürtəza
Azreform.info